Şuşaya istilik veriləcək - FOTO
29 Oktyabr 2021 10:58 SosialYaxın günlərdə Şuşanın əsas bina və tikililərinə istilik veriləcək.
Olaylar.az bildirir ki, dövlət başçısının Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun dediyinə görə, şəhərin mərkəzi istilik sistemi yaxın vaxtlarda istismara veriləcək.
O, energetika naziri Pərviz Şahbazovla birlikdə "Azəristiliktəchizat"ın şəhərdəki sisteminin Şuşaya istilik verilməsi üzrə hazırlığını təftiş etdiyini vurğulayıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31