BDU-da distant təhsilə keçən qrupların sayı 8-ə çatdı
28 Oktyabr 2021 21:06 SosialBakı Dövlət Universitetində 8 qrup distant təhsilə keçirilib.
Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, universitetdə 7 qrup distant təhsilə keçirilmişdi. Dünəndən isə daha bir qrup distant təhsilə cəlb edilib. Həmin qruplarda məsafədən tədris iki həftə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31