Avtobusda koronavirus xəstəsi aşkarlandı
28 Oktyabr 2021 14:43 SosialBakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31