Mənim eşq anlayışım birdir- Yaradan - İradə İbrahimova 

" İnsan əsas məsələnin heç bir zaman eşq olmadığını otuz yaşından  sonra anlayır".
Bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşım edərək deyib ." Əsas məsələ inanmaq, güvənmək, yol, həyat yoldaşlığı olduğunu yanında sizinlə addımlamaq istəyənin olduğunu öyrənir. Yəni siz çarə axtardığınızda o bəhanə axtarmayacaq. Mənim isə eşq anlayışım bir dənədir- Yaradan. Yerdə qalan hər şeyə isə sevgi, məhəbbətim,  hissim nə varsa, yenə Ona görədir. Yəni doğru bir dənədir və yerinə təzə heç nə gəlməz ". 
Müğənni həmçinin həyat yoldaşı Ceyhun İzlərlə öz fotosunu yayımlayıb. 

Qeyd edək ki,İradə İbrahimova  Ceyhun İzerlə 2009- çi ildə ailə həyatı qurub və bu evlilikdən cütlüyün 2 övladı dünyaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31