Elnurun 10 illik övlad həsrəti bitir
28 Oktyabr 2021 10:29 SosialMüğənni Elnur Məmmədov ata olacaq.
Axşam.az xəbər verir ki, sənətçinin yaxın günlərdə övladı dünyaya gələcək. Bu haqda o, "Tam vaxtıdır" verilişində deyib.
Proqramın aparıcısı, müğənni Roza Zərgərli ona hədiyyə verərək "Gün olsun sənin balan olsun, bunu yaxasına taxasan. Səni təbrik edirəm" sözlərini deyib.Elnur isə "Hazırlaş" cavabını verib.Roza isə "Bilirəm, onu xəstəxanadan çıxaran da özüm də gələcəm" reaksiyasını verib.Qeyd edək ki, müğənni 2011-ci ildə evlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31