Abşeronda təhlükəli vəziyyət: Qadın əşyaları eyvandan həyətə atır - FOTO
27 Oktyabr 2021 21:10 SosialAbşeronda qadın evdəki əşyaları eyvandan həyətə atır.
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, hadisə Abşeronda Gənclər şəhərciyində baş verib.
Məlumata görə, çoxmərtəbəli binada yaşayan qadın evdəki əşyaları küçəyə ataraq binanın yaxınlığından keçən şəxslərə təhlükə yaradır.
Hadisə şahidlərinin sözlərinə görə, bu gün qadının atdığı əşyalardan biri kiminsə üzərinə düşüb və əraziyə aidiyyəti üzrə polis əməkdaşları çağrılıb.
İlkin məlumatlara görə, qadının ciddi psixi problemləri var. Qadın binaya yaxınlaşanları övladlarını pəncərədən atmaqla hədələyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



