Peyvənd olunanların sayı açıqlanıb
27 Oktyabr 2021 16:47 Sosial
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 396 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31