3-11 yaş arası uşaqlar vaksinasiyaya cəlb olunacaq- PEYVƏND YAŞI AZALDILIR

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində koronavirusa qarşı yeni vaksinasiya dövrü başlayır. 3-11 yaş arası uşaqlar üçün vaksinasiya işlərinə başlanılacaq. Vaksinasiya 3 həftə ərzində iki doza şəklində aparılacaq. Bu barədə  "Global Times" qəzetinin verdiyi məlumatda bildirilib.

Məlumata görə ölkənin mərkəzində hubey və hunan, cənubda Hainan və şərqdəki Cjiang əyalətlərində sağlamlıq komissiyaları 3-11 yaş arası uşaqların vaksinasiya ediləcəyini bildirib.Həmçinin yaxın günlərdə fucien və Anhui şərq əyalətlərində həmin yaş qrupunun uşaqlarının vaksinasiya olunacağı bildirildi. Xatırladaq ki, Çin əvvəllər 12 və yuxarı yaşda olanların vaksinasiyasına icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31