Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb
26 Oktyabr 2021 14:52 SosialRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası buraxıb.
"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb.
Poçt markası 5 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31