Bakıda bir qrup qazi yolu bağladı
26 Oktyabr 2021 12:49 SosialBakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib. "Olaylar" xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: "Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub".
DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: "Aidiyyəti qurumlar məlumatlandırılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31