8 yaşlı Hüseyn iynə vurulandan sonra öldü
25 Oktyabr 2021 23:44 SosialLənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə rayonun Vilvan kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə ("prob" - Red) vurulub.
Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır (report).
Mənbə: mediabaku.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31