İngiltərədə minimum əmək haqqını saatda 9.50 funt sterlinqə (13,06 dollar) yüksəldilir.
"Margin.az" xəbər verir ki, bu barədə İngiltərə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 23 yaşından yuxarı olanların minimum əmək haqqı saatda 8,91 funt sterlinqdən 9,50 funt sterlinqə yüksəldiləcək.
Minimum əmək haqqının artırılması 2022-ci ilin aprel ayından qüvvəyə minəcək.