“Məni indi orkestrlə konsert verən ifaçı təəccübləndirə bilər”
25 Oktyabr 2021 15:00 Sosial"Mənə hər şey mərhələ - mərhələ gəldi. Özümü toparlaya- toparlaya gücləndim."
Bu sözləri aparıcı Afaq Gəncəli " Sənətdən kənar" verilişində deyib:
" Bəzənməkdən çox yoruluram . Özümü heç vaxt makiyaj etmirəm. Həmişə deyirəm, gedim məni makiyaj etsinlər . Hərdən deyirlər, saçına dib boyasını özün qoy . Etmirəm və heç vaxt üzümə, saçıma maska qoymaram, mənlik deyil . Çox tənbələm. 10-16 il əvvəlki halla indiki arasında yerlə- göy qədər fərq var. Məni indi orkestrlə konsert verən ifaçı təəccübləndirə bilər . Bərkimisəm, amma sevmirəm desinlər ki, kişi kimi qadındır . İnsan var ki, özünü tez təslim edir, beyinin boşluğudur. Elə çıxılmaz vəziyyətlərdə özümü toplayıram, amma beynini yükləmə. Onda düşə, təslim ola bilərsən . Mənə hər şey mərhələ - mərhələ gəldi. Özümü toparlaya- toparlaya gücləndim."
A. Gəncəli özü haqqında yayılan şayiələrə də cavab verib:
" Deyirlər ki, guya Moskvada, Dubayda 1 , Türkiyədə 3 evim, Bakıda mağazalarım, 3-4 maşınım var. Hansısa şirkətin vitse- prezidentiyəm. Dedim, Allah bunu deyənin ağzından eşitsin. Belə şeyləri sevirəm ".
Qeyd edək ki, aparıcı 1998- ci ildən səhnədə fəaliyyət göstərir.