Səfərbərlik Xidməti məlumat yaydı: ehtiyatda olan hərbçilərin toplanışı başlayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təlim toplanışlarına çağırılma ilə bağlı məlumat yayıb. 

Olaylar.az-a  daxil olan məlumatda deyilir: 

""Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31