Naxçıvan MR-nın turistik statusu dəyişdirilir - FOTOLAR
23 Oktyabr 2021 19:07 SosialNaxçıvan Muxtar Respublikasının (MR) mövsümi turistik zonası kimi deyil. artıq turistlərin bütün il boyu gələ biləcəyi regiona çevirmək üçün respublika ərazisində "Ağbulaq kənd turizm istirahət bölgəsi" yaradılır. Bunu Naxçıvan MR Turizm Departamentinin direktor müavini Qafar Cəlilsoy Anews.az-a müsahibəsində bildirib.
"2021-ci ildə Ağbulaqda istifadəyə veriləcək xizək mərkəzi Azərbaycanda üçüncü hesab olunur. Burada həmçinin mədəniyyət və tarixi abidələr də restavrasiya edilib. Azərbaycan Turizm Bürosu ilə birgə Naxçıvanda kənd evləri layihəsi həyata keçirilməkdədir. Bəhs etdiyim kənd layihəsi "Gözəl kənd" layihəsi adlanır. Həmin ləyihə çərçivəsində Naxçıvanda kənd turizmi və ekoturizmin inkişaf etdirilməsi nəzərdə tutulub", - deyə Cəlilsoy söyləyib.
Onun sölərinə görə, Naxçıvan Muxtar Respublikasında iri miqyaslı infrastruktur layihələri həyata keçirilir.
Naxçıvan MR-nın Ali məclisi sədrinin sərəncamı ilə "2018-2022-ci illərdə Naxçıvan MR-də turizmin inkişafına dair" dövlət proqramı qəbul edilib.
COVİD-19 pandemiyasına qədər (2020-ci ilə kimi, - red) 2016-2019-cu illər ərzində muxtar respublikaya gələn turistlərin sayı ildə 400.000 nəfər təşkil edib. Hədəf bu turist sayını yarım milyona qaldırmaq olsa da, pandemiya səbəbindən hazırda müxtar rüspublikaya gələn turistlərin sayı azalıb.

