Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
23 Oktyabr 2021 13:05 SosialŞəmkirdə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub.
Bu barədə Olaylar.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Aşağı Seyfəli kəndində fəaliyyət göstərən fiziki şəxs Musayev Gündüz Sabir oğluna məxsus "Dostluq" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31