Direktor koronavirusa yoluxdu, məktəb bağlandı
23 Oktyabr 2021 10:41 SosialXırdalan şəhəri 7 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.
Olaylar.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya valideyinlər məlumat verib.
Belə ki, öncə məktəbdə bir neçə sinif distant təhsilə keçib. Məktəb direktoru Zenfira Orucova və ona yaxın müəllimdə virus aşkarlandıqdan sonra, əyani tədris prossesi distant təhsillə əvəz olunub.
Qeyd edək ki, dünən koronavirusun aşkarlanması səbəbindən Bakıda 124 və 299 nömrəli tam orta məktəblər, eləcə də Oğuz rayonunun Bayan kənd tam orta məktəbi distant tədrisə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31