Buster gücləndirici dozaya ehtyac var

"Bu "COVİD-19" infeksiyasının idarə olunması  yolunda atılmış növbəti bir addımdır"

Olaylar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi infeksionist Təyyar Eyvazov deyib  ki,  bir çox ölkələrdə Buster  dozanın tətbiqinə başlanılıb. Bizim ölkədə də bu yanaşma eynidir: "Biz billirik ki, vaksinasiyadan sonra əldə olunmuş süni imunitet  vaxt  keçdikcə müəyyən qədər azalır və zəifləyir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, hazırda hakim mövqe tutan "Delta" ştammı onun əvvəlki pxan ştamına qarşı hazırlanmış peyvəndlərdə müəyyən qədər yayınma imkanları vardır. Belə bir şəraitdə təbii ki, immunitetin vaxtaşırı olaraq gücləndiriliməsinə ehtyac var. Nəzərə alsaq  ki, xüsusən də yaşlı insanlarda, risk qrupuna daxil olan insanlar, xroniki xəstəliklərə sahib olan şəxslərdə  peyvənd nəticəsində əmələ gəlmiş immunitet sağlam insanlarla müqayisədə daha aşağı səviyyədə ola bilər. Belə insanları qorumaq üçün, ilk növbədə  Buster gücləndirici dozaya ehtyac var. Yəni, bu dozanın mənası ondan ibarətdir ki, əvvəl ki peyvəndləmə nəticəsində əldə edilmiş imuniteti, 3-cü dozanı qəbul etməklə bir qədərdə yüksəldər və daha az xəstələnəməyə səbəb ola bilər. Xəstələndikdə belə yüngül keçirməsinə dəlalət edir.  Bu "COVİD-19" infeksiyanın, idarə olunması  yolunda atılmış növbəti bir addımdır.

Təcrübələr və müşahidələr göstərir ki, 3-cü dozadan sonra  baş verə biləcək yan təsirlərin tezliyi əvvəlki dozalarda olduğu qədərdir.  Elə bir güclü yan təsiri yoxdur. Effektivliyi və təhlükəsizliyi baxımından artıq sübut olunub"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31