Metroda koronavirus xəstəsi saxlanıldı
21 Oktyabr 2021 17:26 SosialBakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat bildirilib.
Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31