Buster dozada eyni və ya yarı doza vurula bilər"

"3-cü dozada vurulan peyvəndin dozası əvvəlki 2 doza ilə eyni olur, buster dozada isə eyni və ya yarı doza vurula bilər"

Bu barədə Olaylar.az-a  açıqlamasında həkim- infeksionist Nicat Əzimli söyləyib.

"3-cü doza və buster doza arasındakı əsas fərq tətbiq olunmasındakı məqsədlərdir:
Buster dozanın əhəmiyyəti haqda onu deyə bilərəm ki, hazırda epidemik vəziyyətin pisə doğru getməsinin əsas səbəbi elə vaksinlənmiş əhalinin orqanizmindəki süni immunitetin təsir müddətinin keçməsi və artıq təbii olaraq zəifləməsidir
3-cü doza o şəxslərə vurulur ki, onlar müxtəlif immunsupressiv xəstəlikləri olan və ya hazırda immun sistemi zəiflədici hər hansı preparatlardan istifadə edən şəxslərdir, yəni standart 2 doza peyvənd onların orqanizmində süni immunitetin yaranması üçün yetərli olmur. Bu səbəbdən həmin şəxslərə tam immunizasiya məqsədilə 2-ci dozadan 4 həftə sonra 3-cü doza tətbiq olunur. Qeyd edək ki, bu şəxslər insanların 3%-i təşkil edir.

Əhaliyə geniş şəkildə tətbiq olunan Buster doza isə 2 doza ilə tam peyvəndlənmiş hesab olunan sağlam şəxsin orqanizmində zamanla zəifləmiş immuniteti gücləndirmək üçün 2-ci dozadan 5-6 ay sonra vurulur.

3-cü dozada vurulan peyvəndin dozası əvvəlki 2 doza ilə eyni olur, buster dozada isə eyni və ya yarı doza vurula bilər"                                                                                                                                       Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31