Onların niyə fəxri adı yoxdur?

Uzun illər mətbuat sahəsində çalışan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərin Azərbaycan Televiziyasının (AzTV) yaranmasında və onun uzun illərdir inkişafında böyük rolu var. Belə şəxslər arasında Anar Nəcəfli, Məmmədəli Məmmədov (DJ Fateh), Azər Qismət, İradə İsaq, İlham Tumas kimi jurnalistlərin əziyyəti əvəzolunmazdır. Təəssüflər olsun ki, adını sadaladığımız, jurnalistika sahəsinə böyük töhfələri olan  media nümayəndələrinin "Əməkdar Jurnalist" fəxri adı yoxdur.  

Olaylar.az olaraq, əksər ziyalılar, peşəkar media nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri arasında telefon sorğusu keçirtdik. Sorğuya əsasən belə qərara gəlmək olar ki, onların əksəriyyətinin fikirləri, arzu və istəkləri eynidir. Onların hər biri adını sadaladığımız insanlar haqqında xoş sözlər söylədilər. Bu şəxslərin məhz Azərbaycan Televiziyasının 65 illik yubileyi ərəfəsində fəxri ada layiq görülmələrini arzuladıqlarını və münasib hesab etdiklərini bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31