Rəsul Çunayev 3- cü dəfə tələbə oldu
21 Oktyabr 2021 12:40 SosialRəsul Çunayev 7 yanvar 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Balakən rayonunun Yeni Şərif kəndində anadan olmuşdur.Avar əsilli Azərbaycan Yunan-Roma güləşçisidir. 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Rəsul Çunayev Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısıdır. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalçısıdır.Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Güləşçi öz Instagram səhifəsində paylaşım edərək 3- cü tələbə olduğunu bildirib.
" Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni, təhsil həqiqətən də, bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respubliasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3- cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç vaxt gec bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmaq omayasanız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki təhsil hər sahədə lazım və vacibdir .