“Ağ ölümə” qarşı mübarizə niyə səmərə vermir?
21 Oktyabr 2021 11:44 SosialHər il dünyada narkotik vasitələrindən istifadəçilərinin sayı artmaqda davam edir. "Ağ ölüm" adlanan bu sosial bəlanın qarşısını almaq hələ də mümkün olmayıb. Əksinə, getdikcə narkotikdən istifadəçilərin sosial tərkibi genişlənməkdədir. Daha dəhşətlisi odur ki, bu sağalmaz bəlaya düçar olanların sırasında qadınlar və azyaşlı uşaqların sayı artmaqdadır. Baxmayaraq ki, bununla paralel olaraq hər il dünyada narkotikdən ölənlərin sayı da yüksələn xətt üzrə imkişaf edir, ancaq bu zərəli vərdişin kökünü kəsməık mümkün olmayıb. Daha dəqiq, narkomaniya cavanlaşma mərhələsini yaşayır. Elə Azərbaycanda da gənclər və uşaqlar arasında narkomaniyaya meyilli olanların sayı artmaqdadır. Tədqiqatlar deməyə əsas verir ki, hətta orta məktəb yaşlı uşaqlar arasında narkotik maddələrdən istifadə edənlər mövcuddur. Dəhşətli məqam ondan ibarətdir ki, hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir. Əslində bu fakt azyaşlılar və gənclər arasında narkomaniyanın yayılmasına şərait yaradır. Belə ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə onlar daha çox sintetik tərkibli narkotik vasitələrdən istifadəyə üstünlük verirlər. Bu isə öz növbəsində yeniyetmələrdə narkotik maddələrə asılılıq yaradır. Narkotikə aludəçilik dozanı aşma "peredozirovka" deyilən həddə gəlib çıxır ki, bunun da sonu ölümlə nəticələnir.
Onu da qeyd edək ki, hazırda heroin, "patı", "şüşə" adlanan psixotrop maddələrin sosial şəbəkələr vasitəsilə satışı genişlənib, dəyəri də "su qiymətinə". Əgər əvvəllər bu kimi narkotik vasitələr qaçaqmal yolu ilə xarici ölkələrdən gətirilirdisə, hazırda onların ölkədə istehsal edildiyi deyilir. Rəsmi məlumata görə, narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı tam icra olunsa da heç bir uğurlu naliyyət əldə edilməyib. Maraqlıdır, hansı sahədə çatışmazlıq var ki, gənclər və azyaşlı uşaqlar arasında narkotikdən istifadə edənlərin sayı artmaqda davam edir? Axı gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəyini təhlükə altında qoyur. Elə isə, dövlət, cəmiyət və hətta ailələr tərəfindən görülən tədbirlər niyə səmərə vermir?
Heç şübhəsiz ki, bəzi hallarda qadınlar və uşaqlar zərərli vərdişlərə məcbur edilirlər. Nəticədə həmin şəxslərin həm də insan alverinin, məişət zorakılığının qurbanına çevrilmə ehtimalı artır. Xatırlatmaq yerinə düşər ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, xüsusən azyaşlı qızlara pulsuz verilir. Onlar buna aludə olduqdan sonra ya pulla almağa məcbur olurlar, ya da narkotacirlərdən asılı vəziyyətə düşürlər. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə, yaxud sözvdələşməyə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Odur ki, risk qrupuna daxil olan qadın və uşaqlar arasında maarifləndirmə işinin aparılması vacibdir. Gənclərə aşılanmalıdır ki, narkotik təkcə onu qəbul edən adamı məhv etmir. Ailənin digər üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi problemlərlə dünyaya gəlirlər. Narkomaniya məişət zorakılığı, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır.
Mütəxəssislərin qənaətinə görə, "pati" və "şüşə" laboratoriya şəraitində çox asanlıqla əldə edildiyindən ucuz başa gəlir ki, bu da onların geniş yayılmasına şərait yaradır. Məlumata görə, Azərbaycanda bəlaya çevirlən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar. Mənbənin bildirdiyinə görə, Xankəndidə "Patı" istehasl edib Azərbaycanın digər ərazilərinə ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Mənbə bildirib ki, əvvəllər "patı" istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər. Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib ki, təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib. Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi: "Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib". "İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır", - dövlət başçısı bildirib.
İlk diqqətçəkən məqam Azərbaycan-İran sərhədinin digər hissələrində saxlanılan heroinin həcminin niyə bu qədər çox olmasıdır. Təkcə sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələri İrandan qaçaqmalçılıq yolu ilə keçirilməyə cəhd edilən təxmini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatı ələ keçirib. Dövlət Gömrük Komitəsi isə ötən ay Bilasuvar gömrük postunda İrandan Latviyaya yük aparan TIR-dan yarım ton (527 kq 600 qram) narkotik maddə aşkarladı. Daşımaların işğaldan azad edilən ərazilərdə yox, sərhədin digər hissələrində artmasının səbəbi Azərbaycanın 30 illik işğal dövründə İranın nəzarətsiz istifadə etdiyi 132 kilometrlik sərhədə nəzarəti artırmasıdır. Torpaqlarımızın azad edilməsi həm də İranın narkotrafikinin qarşısını aldı. Əslində son günlər cənubdan Azərbaycana qarşı səslənən ittihamların kökündə dayanan səbəblərdən biri də İranın bu marşrutudan-gəlir mənbəyindən məhrum olmasıdır.
Zəka