Müğənni Tünzalə Ağayeva 45 yaşını qeyd edir
21 Oktyabr 2021 11:29 SosialMüğənni Tünzalə Ağayeva 45 yaşını qeyd edir. O öz Instagram səhifəsində paylaşım edərək izləycilərinə müraciət edib : " 45 yaşımın keyfini, gözəlliyini çıxartmağımı, dolu yaşamağımı özümə diləyirəm . Bu il 2 yubileyimi qeyd edirəm , səhnəmin 20 illiyini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir, bunlar Allahın lütfü və mərhəmitidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram, həyatıma girən pis və neqativ adlandırdığım insanlara və hadisələrə sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə və sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də motivasiyamin artmağına səbəb olduğu üçün sağolsunlar.
Müğənni 2006- çi ildə "əməkdar artist ", 2019- çi ildə "xalq artisti "fəxri adına layiq görülüb.