"BakuBus"ın direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT
20 Oktyabr 2021 19:47 SosialBakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Elnur Qarayeva həvalə olunub.
T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.
"BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31