Bakıda dəhşətli qəzada ölənlərin sayı 6-ya çatdı
20 Oktyabr 2021 15:14 Sosial
Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də dünyasını dəyişib. Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib.
Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda "Mercedes-Benz" markalı yük avtomobili ilə "Daewoo" markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31