Netflix abunəçilərinin sayı artdı

Olaylar.az xəbər verir ki,  ödənişli abunəçilərin Netflixə axın etməsi nəticəsində istfadəçilərinin sayı 214 milyonu keçib.

Bu barədə Netflix şirkətindən məlumat verilib.

Məlumata görə, Netflix,  sentyabrın 30-da bitən üç aylıq dövrdə 4,4 milyon abunəçi qazanıb. Şirkətin təqdim etdiyi proqnoza görə, bu ilin dördüncü rübünün sonuna qədər onların sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.

Hesabat dövründə şirkətin gəliri 7,4 milyard dolları, mənfəəti isə 1,4 milyard dolları keçib. 2021 -ci ilin ikinci rübündə gəlir 7,3 milyard dollar, mənfəət isə 1,3 milyard dollar olub.

Netflix 1997 -ci ildə yaradılıb. Baş ofisi Kaliforniya ştatının Los Gatos şəhərində yerləşir. Şirkət Rusiya da daxil olmaqla 190 -dan çox ölkədə istfadə edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31