"Facebook"un adı DƏYİŞDİRİLƏCƏK

"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Olaylar.az-ın məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31