Zəngilanda radio və televiziya yayımı təmin olundu - FOTO
20 Oktyabr 2021 10:19 SosialPrezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.
"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub.
