Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi
20 Oktyabr 2021 10:18 SosialDünən koronavirus səbəbilə 47 yaşında vəfat edən məşhur jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu Saray qəsəbəsində dəfn olunacaq.
Olaylar.az xəbər verir ki, jurnalistin nəşi bu gün saat 10-11 radələrində vida mərasimi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) Sulutəpə qəsəbəsində yaşadığı evə aparılacaq.
O daha sonra Saray qəsəbəsində ailə məzarlığında dəfn olunacaq.
Qeyd edək ki, jurnalist Elnur Əşrəfoğlu bir aydan çox idi ki, COVİD-19 yoluxması diaqnozu ilə "Yeni klinika"da müalicə olunurdu. Şərhçi oktyabrın 19-da axşam saatlarında vəfat edib.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31