Təhsil Nazirliyindən noyabrın 1-dən məktəblərin bağlanacağı iddiası ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, məlumat yalnışdır: "Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin noyabrın 1-dən dayandırılacağı iddiaları yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31