Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanıldı
19 Oktyabr 2021 18:55 SosialBakı metrosunun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31