Birinci sinif şagirdi koronavirusdan ölməyib - TƏBİB
19 Oktyabr 2021 14:55 SosialSabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb.
Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib.
Olaylar.az xəbər verir ki, TƏBİB-dən Musavat.com-a şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.
"K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31