Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi - VİDEO
19 Oktyabr 2021 11:05 SosialKoronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.
İTV xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.
Məlumat üçün bildirək ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Bundan əlavə bəzi məktəblərdə isə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31