Avrasiyaya Xidmət Ödüllərinin qalibləri məlum oldu
19 Oktyabr 2021 11:11 SosialAvrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) təşkilatçılığı ilə Avrasiya Xidmət Ödüllərinin 2021-ci il üçün qaliblərinə mükafatların təqdimetmə mərasimi keçiriləcək.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı EkoAvrasiya rəhbəri Hikmət Eren verib. Bildirib ki, oktyabrın 21-də baş tutacaq mükafatlandırma mərasimi Ankara Rəsm və Heykəl Muzeyinin tarixi Türk Ocaq salonunda baş tutacaq.
Mərasimdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın da iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31