Baş redaktora ağır itgi üz verib
19 Oktyabr 2021 10:23 SosialCebhe.info Xəbər Portalının direktoru, "Cümhuriyət" qəzetinin Baş redaktoru Rəfail Becanova ağır itki üz verib. "Olaylar" xəbər verir ki, Rəfail Becanovun əmisi, Yardımlı rayonun Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri, dövlət qulluğu veteranı Məzlum Zulfuqar oğlu Mənsimovun dünyasını dəyişib.
Məzlum Mənsumov bir müddət əvvəl qəfil xəstələnir, müalicəsi evdə ambulator şəraitdə davam etsə də, getdikcə vəziyyəti ağırlaşıb və insult keçirərək, 16 oktyabr 2021-ci il gecə saat 20:00 radələrində vəfat edib. 17 oktyabr 2021-ci ildə isə böyük izdihamın müşaiəti ilə Yardımlı şəhər məzarlığında torpağa tapşırıldı.
Qeyd edək ki, Məzlum Zulfuqar oğlu Mənsumov 19 avqust 1945-ci ildə Yardımlı rayonunun Odrağaran kəndində qulluqçu ailəsində anadan olub. 1951/55-ci illərdə doğma kəndində olan iptidai təhsil alıb, daha sonra orta təhsilini Arus orta məktəbində davam etdirərək 1961-ci ildə oranı bitirib. Bir il istehsalatda calişandan sonra pedaqoyi texnikoma daxil olaraq sinif muəllimi ixtisasi alıb. 1962-ci ildən Məzlum Mənsimov pedoqoji fəaliyyəti başlayıb. 1962/63-cü illərdə Odurağaran kəndində ibtidai muəllim kimi işləyib.
1964-ci ildə o vaxtlar Lenin adına Azərbaycan Pedoqoji İnistitutuna (indiki N.Tusi adına APU.) daxil olub, 1964-cü ilin noyabr ayından Sovet Ordu sıralarına hərbi xidmət keçib. 1967-ci ilin sentyabr ayında ordu sıralarından tərxis olunub rayonun Vərgədüz, Sırıq, Alçabulaq kənd məktəblərində müəllim və direktor müavini işləməklə ali təhsilini qiyabi davam etdirib. 1973-cü ildə ali təhsilini başa vurub, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. 1973-cü ilin sentyabrından 1981-ci ilin mart ayınadək Yardımlı qiyabi orta məktəbin əvvəlcə direktor müavini, sonra 1983-cü ilin oktyabr ayınadək direktoru vəzifəsində çalışıb. Məhz bu ildən rayon müəllimlər ordusu içərisində olan bilik və bacarığına görə onu Yardımlı Rayon Xalq Maarif Şöbəsinə metodist vəzifəsinə təyin olunur. 1988-ci ildə isə Məzlum Mənsumov yüksək bacarıq və təşkilatı işlərdə fərqlənməsi ilə daha irəli çəkilərək Yardımlı XDS İcraiyyə Komitəsində şöbə müdiri təyin olunur. Daha sonra Yardımlı Qəsəbə Sovetində katib, 1991-ci ildə isə yeni struktur islahatında Rayon İcra Hakimiyyətində ümumi şöbə mudiri vəzifəsinə təyin olunub. 1992-ci ildə həmin vəzifədən çıxsa da, yenidən 1992-ci ilin sentyabr ayından Yardımlı Rayon Təhsil Şöbəsində inispektor vəzifəsində çalışır. 2005-ci ilədək aparıcı məsləhətçi vəzifəsində işləyən Məzlum Mənsumov 2005-ci ilin iyun ayından Yardımlı Rayon İcra Hakimiyyətinin İctimai Təşkilatlarla İş şöbəsində müdir, daha sonra Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsində müdir vəzifəsində işləyib. 2007-ci ilin noyabr ayından I dərəcəli dövlət qulluqçusu kimi təqaüddə olub.
Allah rəhmət etsin!