Polad Həşimovun plakatını yanğından xilas edən şəxs: "Allah, elə bil, mənə güc verdi" - VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində yanğın zamanı yanğın zamanı bir şəxs dükanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını almışdı.

"Ölkə.Az" xəbər verir ki, hadisə baş verərkən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ərazidə taksi fəaliyyəti ilə məşğul olan Natiq Ağayev bir növ qəhrəmana çevrildi. 

Həmin anla bağlı İctimai TV-yə danışan Natiq bildirib ki, plakat divara möhkəm bərkidildiyindən əvvəlcə onu qopara bilməyib. Yanğının istisinə baxmayaraq plakatı yanan obyektdən  uzaqlaşdıran bu şəxs onu polis əməkdaşlarına təhvil verib: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31