Bu ilin 9 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. 469 mln. manat vəsait ödənilib

2021-ci il 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə  4 mlrd. 469 mln. manat vəsait ödənilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9% və ya 166,4 mln. manat çoxdur. Qeyd olunan sosial təminat növləri üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31