“Peşə məktəbi əmək fəaliyyətinə tez başlamaq istəyənlər üçündür”- Sahib Alıyev

"Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər, texniki peşə məktəbində Avropa Kredit Transfer Sisteminə uyğun kredit sisteminin tətbiqi orada oxuyanların subbakalavr olaraq gələcəkdə ali məktəblərə  qəbullarını asanlaşdırır, onlar üçün yeni perspekitvlər açır. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ümumiyyətlə, yeni dövrün reallıqları elədir ki, təhsli forma, çatdırılma, vaxt və belə demək mümkünsə, pilləlilik baxımından da tam dəyişmək ərəfəsindədir: "Biz distant təhsil, onlayın və oflayn təhsilin birgə tətbiqi, davamlı, yəni ömrü boyu təhsil reallığıyla  üz-üzəyik. Universal mütəxəssis yetişdirməyə hesablanan davamlı təhslilin ən xarakterik cəhəti isə ondan ibatərdir ki, bir peşənin sürətlə digəriylə əvəzlənməsi, yenilərinin yaranması fonunda universitet bitirənlər, hətta elmi dərəcəsi olanlar da təzədən peşə təhsili də almaq zərurətiylə üzləşə bilər. Ona görə də  indidən təhsilin müxtəlif pillələri arasında səviyyə fərqini azaltmaq, onların bir-birinə sıx inteqrasiyasını təmin etmək lazım gəlir ki,  Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Bir sözlə, artıq bizdə də hər kəs anlamalıdır ki, texniki peşə məktəbi nisbətən az savadlılar yox, sevdiyi, bacaracağı, uğur qazanacağına əmin olduğu hər hansı bir sahədə əmək fəaliyyətinə tez başlamaq istəyənlər üçündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31