Gənc oğlan məktəbdə İNTİHAR etdi
17 Oktyabr 2021 21:42 SosialAzərbaycanda daha bir intihar hadisəsi baş verib.
Hadisə Kürdəmir rayonunun Şahbəyli kəndində qeydə alınıb. Belə ki,1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asaraq intihar edib. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31