Jurnalist heç vaxt təhqirə, böhtana yol verməz- CAHANGİR MƏMMƏDLİ

" Sosial şəbəkələrdən cox ciddi şəkildə sui-istifadə edənlər çoxdur."
Bu sözləri Olaylar.az- a açıqlamasında  Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib. 
" Sosial media elə bir platformadır ki, ona hətta ideal söz azadlığı olan yer deyirlər. Bir tərəfdən bu yaxşıdır ki, cəmiyyət istədiyini yazsın, desin, elə mövzular qoysun ki, hakimiyyət bu mövzuya, problemi həll etməyə diqqət yetirsin və s. İctimai fikrə çıxmaq, ictimai rəy yaratmaq mənasında sosial şəbəkələr xeyirli  platformadır. Amma bundan-sosial şəbəkələrdən  ciddi şəkildə sui- istifadə edənlər çoxdur. Ona görə də belə bir söhbət var,  rəy, məqsəd var ki, mümkün qədər, əgər   mümkün olarsa sosial şəbəkələrdə, internet, facebook üzərində  və s. müəyyən dərəcədə hüquq qanunvericiliyi ilə idarə etmək olsun. Düzdür, buna çox narazı qalanlar var, hətta biz özümüz də narazı qala bilərik. Amma bir çox ölkələrin bu sahədə təcrübələri var . Məsələn,  Almaniya, Şimali Amerika, Norveç,  Şimali Avropada və digər ölkələrdə  bu cür qanunvericiliklə tənzimlənən sosial media platformaları var . Çox təəssüf ki, bizdə hələ doğurdan da o proqramları hazırlamaq çətindir və  hazırlanmayıb. Amma ictimai rəydə, elmi dairələrdə, jurnalistika ilə məşğul olan ciddi dairələrdə belə bir fikir var ki, əgər sosial şəbəkələr müəyyən dərəcədə hüquqi normalara yatırılmış olsaydı, onda belə təhqiramiz şeylərə yol verməzdilər. Hətta elə proqramlar var ki, təhqiramiz sözləri qəbul eləmir, mətndən çıxardır və ona görə də təhqir eləmək olmur, edə bilmirlər. Ümumiyyətlə, buna peşə etikası demək çətindir. Çünki, ordakı  adamlar peşəkar deyillər, onların çoxu belə deyək facebooka doluşmuş adamlardır və onlar jurnalist deyillər . Əgər sözün həqiqi mənasında onların içərisində jurnalist varsa, o heç vaxt  jurnalist olaraq təhqirə, böhtana yol verməz. Müəyyən dərəcədə o adamlar bir- birindən intiqam alırlar: kiməsə böhtan atırlar, kimisə təhqir edirlər və s. Ona görə də mənə elə gəlir ki, bu sahədə bura qanunvericilik aktları  tətbiq olunmalıdır.  Etik kodeks baxımından jurnalistika, jurnalistlərlə bağlı peşə etikası var. O, peşə etikası ictimai marağa xidmət edən bu jurnalistləri qəti surətdə belə şeylərdən: böhtandan, təhqirdən, yoxlanmamış faktları təqdim etməkdən çəkinməyi və bəzən onları təqdim etməyi qadağan edir. Ona görə də bu jurnalistika sahəsində azdır. Bu ancaq internet portalları, facebook səhifələrində və s. özünü göstərən xüsusiyyətdir. Mənə elə gəlir ki,  təhqirə, böhtana yol  verən  adamlar getdikcə, yavaş-yavaş   özünün vicdan deyilən səsinə qulaq asmağa başlayacaq. Ona görə də mənə elə gəlir ki, maariflənmə işi güclənməlidir, maarifləndirmə aparılmalıdır. Bu cür adamlara, yazılara qarşı bir az cəmiyyətin özü etinasız olmalıdır, ictimai qınaq olmalıdır, onları qınanmalıdırlar və s. Yəni bu bir tərbiyə işidir. Bu peşə etikasından çox, bu insanın tərbiyə, vicdan işidir. Biz  internet dünyasında bir az  təzəyik. Bizdə  bu məsələlərə ictimai  qınaq öz təsirini göstərdən sonra, bu məsələlər azalacaq. İctimai qınaq hər şeydir və bu məsələyə diqqətlə yanaşmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31