Koronavirusa qarşı tək doza ilə ən təsirli vaksinin adı bəlli oldu

Koronavirusa qarşı ən təsirli peyvəndlərin adı məlum olub.

Olaylar.az  xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) tərəfindən maliyyələşdirilən araşdırmaya əsasən, hansı peyvəndin bir doza olaraq tətbiq edildiyi zaman daha təsirli olduğu müəyyən edilib.

Beləliklə, bədəndə antikor səviyyəsi  "Conson & Conson" (J&J) peyvəndindən sonra 4 dəfə, "Pfizer" vaksinindən  sonra 35 dəfə, "Moderna" peyvəndindən sonra isə 76 dəfə artıb.

Araşdırmada 458 nəfər yetkin insan iştirak edib. Bununla belə, sözügedən araşdırma hələ də elmi-tədqiqat komitəsi tərəfindən təsdiqlənməyib.

(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31