"Oğlum turet sindromundan əziyyət çəkir" -  Xalq artisti

"Bacımı itirəndən sonra ağır stress keçirdim, başımı itirdim. Bir bacım çox ağlayırdı. Həyat ağ-qara, xeyir-şər, isti-soyuqdur. İnsan övladı üçün dik durmağı bacarmalıdır. İndi gündə 7 dərman qəbul edirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "7 canlı" proqramında deyib. Xanəndə övladı Kazımın xəstəliyindən danışıb:

"Mənim yeganə oğlum gündə 4 dərman içir. Şəkər xəstəliyindən və turet sindromundan (spesifik psixonevroloji pozuntudur) əziyyət çəkir. Gün ərzində ona güclə yemək yedizdirirəm. Hormonal dərmanlar onu şişirdib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31