Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
13 Oktyabr 2021 13:10 SosialMoskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.
Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.
Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31