Bakıda yük avtomobili ilə avtobusun toqquşduğu DƏHŞƏTLİ QƏZANIN görüntüləri - VİDEO

 

Bakıda "Shacman" markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

Hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində qeydə alınıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanların olduğu deyilir.

Son məlumata görə, Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

Qeyd: Ürəyi zəyif olan şəxslərin görüntüləri izləməsi tövsiyyə edilmir. 

 

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31