Sərnişinlərin NƏZƏRİNƏ! Sabah bu marşrut xəttinin hərəkəti dəyişdirilir
12 Oktyabr 2021 21:36 SosialSabahdan Alı Mustafayev küçəsinin "3-cü mikrorayon" dairəsindən "3-cü mikrorayon bazarı" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
"Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. - Azadlıq pr. - S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31