“WhatsApp”dan hər kəsin gözlədiyi YENİLİK
12 Oktyabr 2021 19:57 Sosial"WhatsApp" şirkəti messencerlə tez-tez səsli mesaj yollayanlar üçün çox lazımlı bir seçim hazırlayır.
Yeni funksiya səsli mesajlar zamanı fasilə etməyə, sonra başqa rahat bir vaxtda davam etməyə imkan verir. Beləliklə, səsi yenidən yazmağa ehtiyac qalmayacaq.
Bu xüsusiyyət istifadəçilərin hər hansı bir səbəbdən dayandırmaq məcburiyyətində qalan səsli mesajı yenidən yazmaması üçündür. Fasilə düyməsinə basılmış səs yazısına istənilən vaxt davam etmək mümkündür.
Yeni funksiyanın nə vaxt işə salınacağı açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31