Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, rəsmi şəxslərlə keçirilən görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş"in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.

Nümayəmdə heyəti həmçinin Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını, "Türk şəhidliyi" abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31