Plov aparatı ilə evlənən oğlanın xoşbəxtliyi 4 gün çəkdi - FOTOLAR

İndoneziyada maraqlı hadisə yaşanıb.

Olaylar.az  bildirir ki, Korul Anam adlı şəxs plov aparatı ilə evlənib. Belə ki, uşaqlığından etibarən ən sevdiyi yeməyin plov olduğunu deyən Korul axtardığı sevgini də plov aparatında tapıb. O, aparatın üzərini duvağa bənzər örtüklə örtüb və  yeni "gəlin"i qapağıdan öpərək foto çəkdirib.

Sosial mediada gündəm olan hadisənin nəticəsi isə daha qəribə olub. Korul Anamın sevgisi cəmi 4 gün davam edib və "cütlük" boşanıb. Buna aparatın xarab olması səbəb olub. İndoneziyalı gənc adam yeni aparat axtarışında olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31