18 Oktyabr qeyri-iş günü olmayacaq - Əli Hüseynli

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müstəqillik günü haqqında" qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı səslənən məsələlərə aydınlıq gətirib. Olaylar xəbər verir ki, sədr müavini dünənki çıxışlara toxunub: "Dünən 28 May - Müstəqillik günü və 18 Oktyabr - Müstəqilliyin bərpası gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil".

Deputatin sözlərinə görə, sənəddə dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31